Son yeniləmə: 17 Fevral 2022 11:45
Bayraqdar.info – Xəbər verdiyimiz kimi fevralın 9-11-də Türkiyənin İstanbul şəhərində “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisi keçirilib. Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan sahibkarları da iştirak edib.
Sərgidə “Made in Azerbaijan” stendində 21 KOB subyekti məhsul və xidmətlərini təqdim edib.
KOBİA-dan bayraqdar.info-ya verilən məılumata görə, həmin sahibkarlar onlara göstərilmiş dəstək barədə təəssüratlarını bölüşüb. Sahibkarlar yaradılmış şəraitdən razılıq ifadə ediblər.