Press "Enter" to skip to content

Qətərdə Azərbaycan güşəsinin açılış mərasimi

Qətər

Son yeniləmə: 17 Fevral 2022 18:40

Bayraqdar.info – Fevralın 16 -da Qətər Dövlətinin dünyaca məşhur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan güşəsinin açılış mərasimi keçirilib. Mərasimdə Ş.Faysal muzeyinin qurucusu bin Qassim Al Tani, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, Qətər ictimaiyyətinin nümayəndələri, Qətərdə yaşayan Azərbaycanlılar və mətbuat nümayəndələri iştirak edib.

Qətərdə Azərbaycan guşəsi

Mədəniyyət Nazirliyindən fevralın 17-də bayraqdar.info-ya verilən xəbərdə qeyd edilir ki, açılış mərasimindən öncə çıxış edən Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açmış və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulayıb. Səfir qeyd edib ki, dünyanın tanınmış Ş.Faysal muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Səfir yaradılmış bu şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qətərdə Azərbaycan guşəsi

“Sonra tədbirdə çıxış edən Muzeyin qurucusu Ş.Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponatları Muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd edib. Daha sonra səfir və Muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani Muzeyin əsas hissəsində yaradılmış Azərbaycan güşəsinin açılışını bildirən rəmzi lenti kəsib. O, qonaqlarla birlikdə eksponatlara baxış keçiriblər. Burada sərgilənən məlumatlar və eksponatları özündə əks etdirən güşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəsürat yaradıblar. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponanları maraqla izləyiblər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdirib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.