Son yeniləmə: 17 Fevral 2022 14:57
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə görüşlər davam edir. Bu dəfə də Agentliyin 20 saylı Ərazi Məşğulluq filialının nümayəndələri Mingəçevir şəhərində fəaliyyət göstərən iri işəgötürənlərin insan resursları koordinatorları ilə görüşüblər.
Bu barədə bayraqdar.info-ya fevralın 17-də Agentlikdən məlumat verilib.
Görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib. Həmçinin mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşün ilkin nəticəsi olaraq 3 işəgötürən peşə hazırlığına, 8 işəgötürən isə əməkhaqqının birgə maliyələşdirilməsi proqramı ilə bağlı müraciət edib.
Filialın nümayəndələri həmçinin, Mingəçevir Dövlət Universitetinin rektoru ilə də görüşüb. Görüşdə əmək bazarının mövcud tələbləri, tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Birgə əməkdaşlıq imkanları qiymətləndirilib və müvafiq layihələr çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə olunub.