Son yeniləmə: 17 Fevral 2022 17:37
Bayraqdar.info – Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IT kurslarına başlanılıb.
Bu barədə Təhsil Nazirliyindən bayraqdar.info-ya fevralın 17-də məlumat verilib. IT kursları (bootcamp) 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edəcək. Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edirlər. Kurslarda veb-tərtibatçılıq və sistem inzibatçılığı üzrə tədris verilir və 300 tələbəni əhatə edir. Qeyd edək ki, layihənin məqsədi tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.