Son yeniləmə: 17 Fevral 2022 14:58
David Zalkaliani: Gürcüstan bu hərəkəti pisləyir
Bayraqdar.info – Rusiya parlamentinin aşağı palatası olan Dumanın qərarı Ruisyada etirazla qarşılanıb. Gürcüstanın baç nazirinin müavini və xarici işlər naziri David Zalkaliani Dumanın Ukraynanın şərqindəki separatçı qurumların tanınması ilə bağlı Prezident Vladimir Putinə etdiyi müraciəti qınayıb.
Bu barədə Kırım Haber Ajansı məlmat yayıb.
Məlumatda deyilir ki, 16 fevral tarixinin Ukraynada Bilrik Günü elan edilməsi ilə əlaqədar Tbilsidəki Ukrayna səfirliyini ziyarət edən D.Zalkaliani “Rusiya Dumasının Prezident Vladimir Putini Ukraynanın şərqindəki separatçıları, Donetsk və Luqanskı tanımağa çağırmaq qərarı narahatlıq doğurur. Gürcüstan bu hərəkəti pisləyir”, – deyib.
Nazir çıxışında Ukrayna ilə həmrəy olduqlarını bir daha vurğulayıb: “Biz bir daha qardaş Ukrayna xalqına azadlıq mübarizəsində həmrəyliyimizi və konkret dəstəyimizi bildiririk. Biz hər zaman sizinləyik, çünki azadlığın qiymətini çox yaxşı bilirik və onun uğrunda mübarizə aparırıq”.
D.Zalkaliani Rusiyanın da 2008-ci ildə Gürcüstana hücum etdiyini və nəticədə ölkə ərazisinin iyirmi faizinin işğal edildiyini, yüz minlərlə insanın öz torpaqlarında qaçqın düşdüyünü bildirib.