Son yeniləmə: 17 Fevral 2022 10:01
Bayraqdar.info – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcəklər.
Səfər fevralın 20-də başa çatacaq. Xəbəri bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər.