Press "Enter" to skip to content

“Azəriqaz”da könüllü qanvermə aksiyası

Qanvermə aksiyası

Son yeniləmə: 17 Fevral 2022 13:31

Bayraqdar.info – Azərbaycanda hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara olduqca həssas yanaşılır. Hətta bu xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

“Azəriqaz” İstehsalat Birliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş ”Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası yüksək səviyyədə davam etdirilir. Reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyasına “Azəriqaz” İstehsalat Birliyi də hər zaman həssas yanaşır. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Birliyin inzibati binasında rəhbər şəxslərin də iştirakı ilə keçirilən xeyriyyə aksiyasında 127 nəfər könüllü qan verib. Növbəti günlərdə Birliyin Təmir-Tikinti İdarəsi və Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları da bu xeyirxah aksiyaya qoşulacaq.

Mission News Theme by Compete Themes.