Press "Enter" to skip to content

Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edəcəklər

Şahmat

Son yeniləmə: 17 Fevral 2022 09:27

Bayraqdar.info – Bu il şahmat üzrə ən böyük yarışlardan biri İsraildə baş tutacaq. Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya bildiriblər ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprelin 7-14-də İsraildə milli komandalar arasında dünya çempionatı təşkil edəcək.

Mötəbər yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq. Dünyanın qitələr üzrə ən güclü yığmaları kimi – Amerika Birləşmiş Ştatları, Hindistan, Misir, Rusiya komandaları dünya çempionatına dəvət olunub.

“Yüksək reytinqə malik kişi şahmatçılardan ibarət Azərbaycan millisi də dünyanın ən güclü komandaları ilə birgə mötəbər yarışda iştirak edəcək. Qitədə yüksək reytinqə malik Azərbaycan Fransa, Ukrayna, Polşa və Macarıstan milli komandaları ilə birgə təşkilatçılar tərəfindən çempionata dəvət olunub. İsrail millisi dünya çempionatına təşkilatçı ölkə kimi qoşulacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.