Son yeniləmə: 17 Fevral 2022 14:01
Bayraqdar.info – Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına fevralın 20-də keçiriləcək qəbul imtahanında iştirak etmək üçün 17 min 97 bakalavr ərizəsini təsdiqlədib.
Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, imtahanda iştirak etmək üçün ərizəsini təsdiq etmiş bakalavrlardan 15 min 653 nəfəri Azərbaycan bölməsi, 1 min 444 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10 min 307-si cari ilin, 6 min 790-ı əvvəlki illərin məzunlarıdır, 33 nəfər isə xarici ölkə vətəndaşıdır.