Press "Enter" to skip to content

Yaz semestri üçün tələbə kreditlərinə müraciətlər başlayır

Son yeniləmə: 16 Fevral 2022 09:21

Bayraqdar.info – Fevralın 16-da 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu başlayıb.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə qeyd edilib ki, bu günədək tələbə krediti üçün 5 min 651 müraciət qeydə alınıb. Onlardan 2 min 447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

“Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna başlanacaq. Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir”, – deyə xəbərdə bildirilir.

Nazirlikdən  da qeyd edilib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Mission News Theme by Compete Themes.