Press "Enter" to skip to content

Yanvarda gündəlik 580 min barreldən çox xam neft hasil edilib

Neft buruqları

Son yeniləmə: 16 Fevral 2022 18:26

Bayraqdar.info – 2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub. Bunun 580,9 min barrelini xam neft, 119,6 minbarrelini isə kondensat təşkil edib.

Bu barədə bayraqdar.info-ya fevralın 16-da Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsindəAzərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.

Mission News Theme by Compete Themes.