Son yeniləmə: 16 Fevral 2022 11:42
Bayraqdar.info – Tikinti obyektlərində işəgötürənlərlə görüşlər davam etdirilir.
Bu barədə bayraqdar.info-ya fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu görüşlər Agentliyin Əmək münasibətlərinin monitorinqi mərkəzi tərəfindən həyata keçirilir.Məlumata əsasən, cari il ərzində 45 tikinti obyektində maarifləndirici görüş keçirilib, əmək münasibətlərinin tənzimlənməsilə bağlı qanunvericiliyin tələbləri nəzərə çatdırılıb. Həmçinin müvafiq sahə ilə bağlı təkliflər dinlənilib.
Əmək münasibətlərinin monitorinqi mərkəzi bir daha bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək müqaviləsi əmək bildirişləri sistemində hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır.
Maarifləndirici görüşlərlə yanaşı monitorinqlər də davam etdirilir.