Press "Enter" to skip to content

Qırğızıstanla Tacikistan arasında mühüm razılıq

Son yeniləmə: 16 Fevral 2022 19:43

Bayraqdar.info – Qırğızıstan və Tacikistanın hökumət nümayəndə heyətlərinin topoqrafik işçi qrupları bir araya gəlib. Nümayəndə heyəti bir qədər əvvəl iki ölkənin sərhədçiləri arasında toqquşmanın qeydə alındığı Batken şəhərində görüşüb.

Bu barədə verilən məlumatda qeyd edilir ki, 10-15 fevral tarixləri arasında aparılan müzakirələrin nəticəsi olaraq nümayəndə heyəti münaqişənin baş verdiyi sərhəddə sabitliyin qorunması və sərhədlərin təşkili ilə bağlı mühüm razılıq əldə edib.

Eyni zamanda, Qırğızıstan və Tacikistan hökumətlərarası sərhəd komissiyasının işini davam etdirəcəyi bildirilib.

Qırğızıstan Sərhəd Mühafizəsinin mətbuat xidmətindən verilən aşıqlamada Qırğızıstanla Tacikistan arasında münaqişənin mərkəzi olan Batkendəki topoqrafiya fəaliyyətinin hər iki ölkə üçün faydalı olacağı bildirilib.

Mission News Theme by Compete Themes.