Son yeniləmə: 16 Fevral 2022 17:49
Bayraqdar.info – 2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 314 nikah və 17 min 191 boşanma halları qeydə alınıb.
Azərbaycanda nikah və boşanmaların ən çox qeydə alındığı bölgələr açıqlanıb. Dövlət Statistika Komitəsindən bayraqdar.info-ya verilən məlumata görə, nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8) olub.
“Boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub”, – deyə Komitədən bildirilib.