Son yeniləmə: 16 Fevral 2022 18:45
Bayraqdar.info – Fevralın 16-da xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məlumatda deyilir ki, nazir C.Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.
Nazir C.Bayramov, həmçinin qısa müddətdə nazir M.Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.