Press "Enter" to skip to content

KKTC-də yeni hökumət arayışları davam edir

KKTC Cümhuriyyət Məclisi

Son yeniləmə: 15 Fevral 2022 23:48

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət arayışları davam edir. Lakin fevralın 15-ə kimi ortada tam bir nəticə yox idi.

Belə ki, yanvarın 23-də keçirilən növbədənkənar parlament seçkilərində birinci olan UBP-nin genel başqanı Faiz Sucuoğlunun parlamentdə təmsil olunan digər 4 partiya ilə danışıqlaırnda ta razılıq əldə edilməyib. Buna görə də UBP həmin partiyalarla təkrar görüşməyə qərar verib.

Bu arada Faiz Sucuoğlu ikinci tur görüşlərdən də nəticə çıxmazsa hökuməti qurmaq səlahiyyətini təhvil verəcəyini deyib. Əslində, Cümhurbaşqanı Ersin Tatar hökuməti qurmaq səlahiyyətini Faiz Sucuoğluna verəndə hər kəs yeni hökumətin tez bir zamanda qurulacağını düşünürdü.

Amma görünən odur ki, bu gözləntilər özünü doğrultmayıb. Düzdür F.Sucuoğlunun 2 gün öncə CTP-dən ikili koalisiya təklifinə mənfi cavab gələrsə ikinci seçimlərinin UBP-DP-YDP koalisiya olacağını demişdi.
Bununla belə fevralın 15-də gün sonuna qədər nəticənin ortada olmaması, üstəlik F.Sucuoğlunun hökuməti qurmaq səlahiyyətini geri verə biləcəyini söyləməsi, ortaya bəzi suallar çıxarıb.

Bu arada mediada yayılan bir məlumat həmin sualların bəzilərinə aydınlıq gətirib.

Həmin xəbərdə deyilir ki, UBP-DP-YDP koalisiyasının qurulması üçün UBP-nin təklif etdiyi 8+1+1 formulu digər iki partiya tərəfindən tam dəstək görməyib.Xüsusilə də DP ona bir deyil, iki nazirlyini verilməsini istəyib.
Beləliklə, hazırda bütün gözlər UBP-yə yönəlib. Partiya rəhbrəliyi ya digər iki partiyanın arzularını reallaşdıraraq üçlü koalisiya qurmağa nail olacaq, ya da geri çəkilmək zorunda qalacaq.

Mission News Theme by Compete Themes.