Press "Enter" to skip to content

Kiçikhəcmli gəmilərə texniki baxış

Gəmilər

Son yeniləmə: 16 Fevral 2022 16:23

Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2022-ci il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.

Fevralın 16-da FHN-dən bayraqdar.info-ya bildiriblər ki, Xidmət tərəfindən Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində dəniz sahilində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları yoxlanılıb.

Mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatına baxış keçirilib.

“Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 38 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib. Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir”, – deyə FHN-in xəbərində qeyd edilib.

Mission News Theme by Compete Themes.