Press "Enter" to skip to content

Güney Azərbaycan kəndliləri milli adları bərpa edir

Korabazlı kəndində bərpa edilmiş milli adlar

Son yeniləmə: 16 Fevral 2022 11:33

Bayraqdar.info – Güney Azərbaycanın Xiyav şəhərinin Korabazlı kəndinin yerli əhalisi və kənd icra nümayəndəliyinin təşəbbüsü ilə əski türk yer adları bərpa olunub.

“Donuz ölən”, “Yol aşan”, “Hamar”, “Qırmızı təpə” “Aşağı çay”, “Birlik” və başqa bu kimi tarixi adların yazıldığı lövhələr küçələrdə asılıb.

Güney Azərbaycanın ən qədim və böyük tayfalarından olan Korabazlı tayfası Aslandüz, Heris, Nir, Xiyav və Əhər mahallarında yaşayırlar.

Bir müddət bundan öncə bütün əngəllərə baxmayaraq Şərqi Azərbaycan əyalətinin Məlikan mahalında yerləşən Qaraçal kəndinin əhalisi kənddə fars şairlərinin adlarına olan lövhələri yığışdıraraq onların yerinə Səttarxan, Bağırxan, Şəhriyar, Bağçaban və başqa bu kimi Azərbaycan şəxsiyyətlərinin adlarına küçə lövhələri asıblar.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.