Son yeniləmə: 16 Fevral 2022 11:16
Bayraqdar.info – İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması istiqamətində tədbirlər davam etdirilir.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.
Məlumatı DİN-in Mətbuat xidmətinin rəsmisi, polis mayoru Elşad Hacıyev özünün Facebook şəbəkəsindəki rəsmi səhifəsində yayımlayıb.