Press "Enter" to skip to content

Fevral ayının pensiya ödənişi artımlarla birgə tam yekunlaşıb

Son yeniləmə: 16 Fevral 2022 11:08

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, fevralın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edilib ki, 2022-ci ilin yanvarın 1-dən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.

Mission News Theme by Compete Themes.