Press "Enter" to skip to content

Azərbaycan əhalisinin sayı 10 milyon 156 mini keçib

Əhali

Son yeniləmə: 16 Fevral 2022 18:08

Bayraqdar.info – Dövlət Statistika Komitəsinin fevralın 16-da yaydığı xəbərdə bildirilir ki, 2021-ci ilin yanvar-dekabr aylarında əhalinin sayı 37  min 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 156 min 366 nəfərə çatıb.

“Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 2022-ci ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6,0 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi MilMuğan, 5,0 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşayıb.

“Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.