Son yeniləmə: 16 Fevral 2022 17:45
Bayraqdar.info – Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində fevralın 15-də Azərbaycan vətəndaşı olan 39 nəfər Almaniya Federativ Respublikasından, 3 nəfər isə Avstriya Respublikasından ölkəyə geri qəbul edilib. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
“Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”, – deyə məlumatda bildirilir.