Press "Enter" to skip to content

Ukrayna azərbaycanlılarında Prezident İlham Əliyevə müraciət

Son yeniləmə: 15 Fevral 2022 12:09

Bayraqdar.info – Yüksələn xətlə inkişaf edən dövlətlərarası münasibətlər diasporumuzun səmərəli fəaliyyəti üçün zəmin yaradır. Bu fikirlər Ukraynadakı 40-dan çox diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində öz əksini tapıb.

Bu barərədə bayraqdar.info-ya fevralın 15-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 200 nəfərə yaxın diaspor rəhbəri və fəalının imzaladığı müracətdə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, o cümlədən diasporumuzun göstərdiyi əzm, iradə, sarsılmaz birlik və həmrəylik alqışlanır.

Qeyd olunur ki, 44 günlük müqəddəs savaşda xaricdə, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, həmçinin Azərbaycandan köçmüş digər xalqların nümayəndələri Ali Baş Komandanın yanında oldu. Müraciətdə Ukrayna dövlətinin də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədiyi vurğulanır.

Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini hər zaman yüksək qiymətləndirir, ölkəmizin təbliği işində yaxından iştirak edirlər.
Müraciətdə Qarabağ zəfəri ilə xaricdəki soydaşlarımıza yaşatdığı qürur hissinə görə Ali Baş Komandana minnətdarlığını bildirən Ukrayna Azərbaycanlıları Radası dünya azərbaycanlılarını Azərbaycan dövlətinin və onun Prezidentinin ətrafında birləşməyə, ölkəmizin çiçəklənməsi naminə yürütdüyü siyasəti dəstəkləməyə çağırıb.

Müraciət Ukrayna Azərbaycanlıları Radasının II Qurultayında qəbul olunub.

Mission News Theme by Compete Themes.