Son yeniləmə: 15 Fevral 2022 17:53
Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “8 Mart” adına Mədəniyyət evində “Şuşa İli” ilə bağlı dəyirmi masa təşkil olunub.
Baş İdarədən bayraqdar.info-ya bildirilib ki, tədbirdə “Şuşa İli”nə həsr olunmuş videoçarx təqdim edilib. Sonra Mədəniyyət evinin metodisti Zəhra Fərzəliyevanın “Şuşa İli” haqqında məruzəsi dinlənilib.
“Tədbirdə vurğulanıb ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.
“Daha sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı səsləndirilib”, – deyə xəbərdə bildirilir.