Press "Enter" to skip to content

Qarabağdan bəhs edən kitab

Son yeniləmə: 15 Fevral 2022 17:49

Bayraqdar.info – Berlin şəhərində almaniyalı türkoloq, tarixçi alim Mixael Raynhard Hessin “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək” başlıqlı kitabı 3-cü buraxılışda çap edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Münhen Azərbaycan Evinin təşkilatçılığı ilə yeni buraxılış ingilis dilində “Gulandot” nəşriyyatındaçap olunub.

Bu barədə bayraqdar.info-ya fevralın 5-də Komitədən məlumat verilib.

Bildirilib ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabda Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindəki parlaq qələbəsi nəticəsində yaranmış yeni reallıqlar nəzərə alınıb. Azərbaycan ərazilərinin işğaldan azad olunduğu tarixlər, Dağlıq Qarabağ münaqişəsinin başa çatması və bu toponimin artıq mövcud olmaması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair faktlar kitaba daxil edilib.

Qeyd edək ki, elmi əsərdə Qarabağ sözünün etimologiyası, bölgənin Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin mühüm tərkib hissəsi olması, Çar Rusiyasının köçürmə siyasəti ilə regionda demoqrafik dəyişikliklərin getməsi və gələcək Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin əsasının qoyulması, Qarabağın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olması, onun dağlıq hissəsinin bölgədən süni şəkildə fərqləndirilməsinə dair faktlar təqdim olunub.

Xatırladaq ki, Qarabağ tarixi və Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis olan Mixael Raynhard Hess Almaniyanın Qissen Universitetinin əməkdaşıdır.

Mission News Theme by Compete Themes.