Son yeniləmə: 15 Fevral 2022 11:40
Bayraqdar.info – Ağdamın “Qarabağ” klubu Azərbaycan kuboku yarışında 150-ci oyununu keçirib. Ağdam təmsilçisi yubiley matçına dörddəbir finalın cavab mərhələsində çıxıb. “Keşlə”nin qonağı olan “Qarabağ” 6:0 hesablı qələbə qazanıb.
AFFA-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 1993-cü ildən kubok yarışında çıxış edən “Qarabağ” yarışda 150 və ya daha çox oyun keçirən ikinci komanda olub.
“Ağdam təmsilçisi bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub. Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb”, – deyə xəbərdə bildirilir.