Son yeniləmə: 15 Fevral 2022 15:43
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamları ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni təyin olunmuş nazir müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib. M.Cabbarov hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.