Son yeniləmə: 15 Fevral 2022 10:35
Yaşar Karadağ: Metsamor Atom Elektrik Stansiyası dərhal bağlanmalıdır
Bayraqdar.info – Fevralın 14-də Ermənistan-Gürcüstan sərhədində baş verən5,3 bal gücündə zəlzələ diqqətləri yenidən regiondakı təhlükə mənbəyinə yönəldib. Söhbət Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasından gedir.
Belə ki, Türkiyənin Iğdır, Qars, Ərdəqan və Ağra vilayətlərində də hiss edilən zəlzələdən sonra Milliyyətçi Hərəkat Partiyasından (MHP) İğdır millət vəkili Yaşar Karadağ mətbuat konfransı keçirib. Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konnfransında o, diqqəti Metsamor AES-ə yönəldib.
Bugün #TBMM'de yaptığımız Basın Toplantısında, dün akşam Ermenistan- Gürcistan sınırında yaşanan #depremin ardından #Iğdırlı hemşehrilerimizde büyük korkuya yol açan #MetsamorNükleerSantrali'nin biran önce kapatılması gerektiğini belirttik. https://t.co/DR40TjjBlB pic.twitter.com/hT4x4q8ONv
— Yaşar Karadağ 🇹🇷🇦🇿 (@mhpyasarkaradag) February 14, 2022
Y.Karadağ Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının dərhal bağlanmasına çağırıb. O, deyib ki, Türkiyə Çernobıl AES-ə görə 40 minə qədər insanın həyatına son qoyan faciə kimi faciənin təkrarlanmasına imkan verməməlidir.
Y.Karadağ qeyd edib ki, Ermənistanın AES-də baş verəcək hər hansı qəza avtomatik olaraq Iğdır, Van, Ağra və Ərzurumda radiasiya fonunu artıracaq və eləcə də xərçəng xəstəliyinin də artmasına səbəb olacaq.
Zəruri xatırlatma: Məlumat üçün bildirək ki, Metsamor AES-in region ölkələri üçün təhlükə mənbəyi olduğu dəfələrlə vurğulanıb. Öz növbəsində Türkiyənin tanınmış ziyalılarından Doç. Dr. Esma Özdaşlı, bayraqdar.info üçün qələmə aldığı “Yakınımızdaki Çernobil’in (Metsamor Nükleer Santrali) Farkında Olalım” başlıqlı özəl yazısında bu AES lə bağlı gözlənilən təhlükələrədən ətraflı bəhs edib.
Yakınımızdaki Çernobil’in (Metsamor Nükleer Santrali) Farkında Olalım