Press "Enter" to skip to content

Mərkəzi Nəbatat Bağı əməkdaşından yeni monoqrafiya

Alma növlərinin Abşeronda introduksiyası

Son yeniləmə: 15 Fevral 2022 13:27

Bayraqdar.info – Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkiləri laboratoriya”sının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadənin müəllifi olduğu “Alma növlərinin Abşeronda introduksiyası” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Bu barədə Mərkəzi Nəbatat Bağından bayraqdar.info-ya məumat verilib. Monoqrafiya Mərkəzi Nəbatat Bağının ərazisində mövcud olan və yeni introduksiya olunmuş alma (Malus Mill.) növlərinin morfo-anatomik, böyümə və inkişaf, çoxaldılma xüsusiyyətləri, fenelogiyası, məhsuldarlığı, meyvələrinin kimyəvi tərkibi, xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsulları, dekorativ bağçılıqda və təsərrüfatın müxtəlif sahələrində istifadəsi üçün perspektivli növlərin seçilməsinə həsr olunmuşdur.

Monoqrafiya botaniklər, introduktorlar, ekoloqlar, biologiya və aqrar elmləri ixtisasları üzrə müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur.

Mission News Theme by Compete Themes.