Press "Enter" to skip to content

Məktəb-valideyn tərəfdaşlığı müzakirə ediləcək

Təhsil

Son yeniləmə: 15 Fevral 2022 15:58

Bayraqdar.info – Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” silsiləsindən növbəti müzakirə təşkil olunacaq.

Təhsil Nazirliyindən fevralın 15-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, “Məktəb-valideyn tərəfdaşlığı” mövzusuna həsr olunacaq müzakirənin əsas məqsədi bu istiqamətdə mövcud vəziyyəti öyrənmək, məktəb və valideyn arasında tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi yönündə maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, mövcud tərəfdaşlığın modelinin yeni formalarını hazırlamaqdır.

“Müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, o cümlədən QHT nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşlarının iştirakı nəzərdə tutulur.

“Müzakirə zamanı nazirlik yanında İctimai Şura və “T-Network” tərəfindən mövzu ilə bağlı valideynlər arasında aparılmış sorğunun nəticələri də təqdim olunacaq. Həmçinin, Türkiyənin TED Universitetinin təhsil fakültəsinin dekanı Yüksel Kavaz Türkiyə təcrübəsi barədə təqdimatla çıxış edəcək.

“Qeyd edək ki, “Təhsilə ictimai baxış” silsilə müzakirələrin təşkilində məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.