Son yeniləmə: 15 Fevral 2022 13:04
Bayraqdar.info – Gənclər və idman naziri Fərid Qayıbovun Çin Xalq Respublikasına üç günlük səfəri fevralın 15-də başa çatır.
Gənclər və İdman Nazirliyindən fevralın 15-də bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, Səfər çərçivəsində nazir Fərid Qayıbov bir sıra beynəlxalq görüşlər keçirib. Fevralın 15-də o, ÇXR-in idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla görüşüb. Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbrdə qeyd edilir ki, nazir Fərid Qayıbovun Pekinə səfəri fevralın 15-də başa çatacaq.