Son yeniləmə: 15 Fevral 2022 15:05
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edir. Belə ki, hazırda bu say 1 milyon 100 minə yaxındır.
Bu barədə bayraqdar.info-ya fevralın 15-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir və yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.
“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən bu portala ötən il 10 milyon, bu ilin əvvəlindən 2 milyon 117 min müraciət qeydə alınıb.