Son yeniləmə: 15 Fevral 2022 09:30
Bayraqdar.info – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan məhsulları da təqdim olunur.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat veirlib.
Bildirilib ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.
5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.