Press "Enter" to skip to content

ABŞ Kiyevdəki səfirliyini Lvova köçürmə qərarı verdi

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 15 Fevral 2022 00:07

Bayraqdar.info – ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Ukraynadakı səfirliyini Kiyevdən Lvova köçürməklə bağlı qərarını açıqlayıb.

Bu haqda xəbər fevralın 14-də bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən daxil olub.

E.Blinken qərarın Rusiyanın artan təhdidləri ilə bağlı olduğunu deyib. O, hər şeydən öncə təhlükəsizlik məsələlərinə diqqət ayırmağın vacibliyini bildirib. Dövlət katibi əlavə edib ki, ölkəsinin səfirliyi Lvovda da eyni dərəcədə fəallıq göstərəcək, Ukrayna dövləti ilə koordinasiyanı əskiltməyəcək.

“Biz durumun düzəldilməsi üçün diplomatik cəhdlərimizi də davam etdiririk”, – deyə E.Blinken bildirib.

E.Blinken deyib ki, qərarımız Ukraynaya münasibətimizə əsla kölgə salmamalıdır. O, dövlətinin Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində qəti mövqedə qaldığını da sözlərinə əlavə edib.

“Biz səfirliyi mümkün qədər tez Kiyevə qaytarmaq imkanı üçün çalışacağıq”, – deyə dövlət katibi sözlərinə əlavə edib. O, Ukraynadakı ABŞ vətəndaşlarına çağırış edərək bu ölkəni mümkün qədər tez tərk etmələrinin gərəkliliyinə diqqət çəkib.

Mission News Theme by Compete Themes.