Son yeniləmə: 15 Fevral 2022 11:41
Bayraqdar.info – Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi üçün əsərlərin qəbuluna başlanılıb.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcək.
“Sərgidə iştirak etmək istəyən rəssamlardan fevralın 27-dək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmsergi@gmail.com ünvanına göndərmələri xahiş edilir.
“Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.