Press "Enter" to skip to content

2021-ci ildə elektrik enerjisi istehsalı artıb

Son yeniləmə: 15 Fevral 2022 11:55

Bayraqdar.info – 2021-ci ildə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 27 855,7 mln kilovat/saat olub. Bununla da istehsal 2020-ci illə (25 811,2 mln. kilovat/saat) müqayisədə 2 044,5 mln. kilovat/saat (7,9 faiz ) artıb.

Bu barədə Energetika Nazirliyinin 2021-ci ilə dair hesabatında deyilir.

Nazirlikdən bayraqdar.info-ya fevralın 15-də verilən məlumata görə, 2021-ci ildə respublikada ümumi elektrik enerjisinin istehlakı 23 435,6 mln. kilovat/saat olub. Beləliklə, istehlak 2020-ci illə (21 969,9 mln. kilovat/saat) müqayisədə 1465,7 mln. kilovat/saat (6,7 faiz) artıb.

O da qeyd olunub ki, 2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26 238,5 mln. kilovat/saat, SESlərdə 1277,3 mln. kilovat/saat, digər mənbələr üzrə isə cəmisi 339,9 mln. kilovat/saat, o cümlədən, KES-lərdə 91,5 mln. kilovat/saat, GES-lərdə 55,2 mln. kilovat/saat, bio ES-lərdə 193,2 mln. kilovat/saat olub.

Mission News Theme by Compete Themes.