Press "Enter" to skip to content

Yunanıstanın Batı Trakya türklərinə təzyiqləri etiraz doğurub

Son yeniləmə: 14 Fevral 2022 01:40

Bayraqdar.info – Yunanıstan Batı Trakya türklərinə qarşı təzyiqləri hər keçən gün daha da artırır. Bu isə həm Batı Trakyada, həm də xaricdə ciddi etirazlar doğurur.

Yunan hakimiyyətinin növbəti təzyiqi isə İckeçe Türk Birliyinə (İTB) yönəlib. Belə ki, İTB-nin 2021-ci ilin iyulunda keçirdyi etiraz aksiyası ilə bağlı cinayət işi açılıb. Qeyd edək ki, həmin aksiyada İTB Yunanınstan hakimiyyətinin Batı Trakya türklərinə qarşı təzyiqlərinə etiraz etmişdi.

Bu barədə Birlik Gazetesi məlumat yayıb.

Məlumatda deyilir ki, İTB başqanı Ozan Ahmetoğlu öz sosial şəbəkə hesabından bununla bağlı paylaşım edib. Paylaşımında o cinayət işinin açılmasına qəti etiraz bildirib: “39 ildir apardığımız haqq axtarmaq mübarizəmizi əzmlə davam etdirəcəyik”.

Mission News Theme by Compete Themes.