Press "Enter" to skip to content

Üçüncü doza vaksin: Əvvəl 6 ay demişdilər, indi 5 ay deyirlər…

COVID-19 pasportu

Son yeniləmə: 14 Fevral 2022 11:36

Bayraqdar.info – Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah fevralın 15-dən COVID-19 əleyhinə üçüncü (buster) dozanın vurulmasının vacibliyini bildirib. COVID-19 sertifikatı və ya pasportu olmayanların bir çox qadağalarla üzləşdiyini, dövlət idarələrində işləyənlərin dövlət müəssisələrinə, tələbələrin ali təhsil ocaqlarına, həmçinin toylara, restoran və iri ticarət mərkəzlərinə girişinə qadağa qoyulduğu aydındır. Bu məsələ bir çox insanları düşündürür.

NK yanında Operativ Qərargahın əvvəlki qərarında göstərilirdi ki, vaksinin bir dozasının müddəti 6 aydır. Elə şəxslər var ki, vaksinin hər iki dozasını vurdursalar da, COVID-19 pasportu alsalar da vaksinin vurulmasından hələ 6 ay ötməyib. Hər iki doza vaksini vurduran, lakin 6 ayı tamam olmayan şəxslər fevralın 15-dən sonra üçüncü doza vaksin vurdurmalıdırlarmı?

Bu sualla bayraqdar.info fevralın 14-də TƏBİB-in Mətbuat katibi Elnarə Baxışa müraciət edib. Mətbuat katibinin sözlərinə görə, COVID-19 əleyhinə hər iki doza vaksin vurdumuş şəxslər 5 ay tamam olubsa, üçüncü dozanı vurdurmalıdırlar.

Bayraqdar.info-nun digər sualına cavabında E.Baxış qeyd edib ki, 2022-ci ildə COVID-19-a yoluxub sağalmış və immunitet sertifikatı almış şəxslərin üçüncü doza vaksin vurdurmasına ehtiyac yoxdur.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.