Press "Enter" to skip to content

“Turkish Open” turnirindən Azərbaycana 5 medal

Taekvondo yarışları

Son yeniləmə: 14 Fevral 2022 10:45

Bayraqdar.info – Taekvondo üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Turkish Open” turnirində 1 qızıl, 4 bürünc medal qazanıb.

Gənclər və İdman Nazirliyindən fevralın 14-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 87 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu yenərək, qızıl medala sahib olub.

Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.

Nazirlikdən qeyd edilib ki, “Turkish Open”də 49 ölkədən 1 min 250 taekvondoçu mübarizə aparıb.

Mission News Theme by Compete Themes.