Son yeniləmə: 14 Fevral 2022 13:13
Bayraqdar.info – “Sabahın alimləri” XI respublika müsabiqəsi keçirilir. 14-21 fevral tarixlərini əhatə edən müsabiqə onlayn təşkil olunub.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə qeyd edilir ki, müsabiqəyə 192 (37 fərdi və 86 kollektiv) layihə (326 şagird) buraxılıb. Sözügedən layihələrlə Bakı şəhəri üzrə 48 faiz, Sumqayıt şəhəri üzrə 27 faiz, Şirvan rayonu üzrə 7 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 14 rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edir.
“Sonda münsiflər heyətinin qiymətləndirməsi nəticəsində qalib olan layihələr içərisindən seçilmişlər ABŞ-da ənənəvi olaraq keçirilən ISEF müsabiqəsində ölkəmizi təmsil edəcəklər.
“Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir. Müsabiqə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.
“Məqsəd ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilərək ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir”. Xəbərdə belə deyilir.