Press "Enter" to skip to content

Prof. Dr. Ramiz Əskər və özbək ədəbiyyatı

Prof. Dr. Ramiz Əskər

Son yeniləmə: 14 Fevral 2022 11:10

Bayraqdar.info – Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əskər dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvayinin 580 illik yubileyi münasibətilə onun 13 kitabını Azərbaycan dilinə tərcümə edərək çapdan buraxmışdır.

Bunlardan ikisini 2020-ci ildə yazmışdır:

1.Əlişir Nəvayi və onun xəmsəsi. Bakı: Füyuzat, 2020, 96 s.
2.Özbək ədəbiyyatı tədqiqatları. Bakı: Füyuzat, 2020, 192 s.

Daha sonra Ə.Nəvayinin 5 cilddən ibarət xəmsəsini orijinaldan çevirmiş və nəşr etmişdir:

3.Əlişir Nəvayi. Heyrət ül-əbrar. Bakı: Ecoprint, 2021, 480 s.
4.Əlişir Nəvayi. Fərhad və Şirin. Bakı: Ecoprint, 2021, 624 s.
5.Əlişir Nəvayi. Leyli və Məcnun. Bakı: Ecoprint, 2021, 400 s.
6.Əlişir Nəvayi. Səb’ayi-səyyar. Bakı: Ecoprint, 2021, 520 s.
7.Əlişir Nəvayi. Səddi-İskəndəri. Bakı: Ecoprint, 2021, 740 s.

Elə həmin il Ə.Nəvayinin risalələrini iki kitab halında tərcümə və nəşr etmişdir:

8.Əlişir Nəvayi. Məhbub ül-qülub. Bakı: 2021, Füyuzat, 262 s.
9.Əlişir Nəvayi. Beş risalə. Bakı: Füyuzat, 2021, 328 s.

Prof. R.Əskər dahi şair haqqında daha üç kitab qələmə almışdır:

10.Əlişir Nəvayi: şəxsiyyəti və sənəti. Bakı: Füyuzat, 2021, 404 s.
11.Əlişir Nəvayi. Seçilmiş əsərləri. Bakı: Füyuzat, 2021, 504 s.
12.Əlişir Nəvayi. Əsərləri. Bakı: “Red N Line” MMC, 2021, 576 s. + 56 s. rəngli miniatür.

2022-ci ilin fevralında isə müəllifin Ə.Nəvayi haqqında yeni bir kitabı çapdan çıxmışdır:

13.Əlişir Nəvayinin lirikası. Bakı: Füyuzat, 2022, 320 s.

Azərbaycanlı alim xarici ölkələrdə keçirilən elmi konfranslara qatılmış, Ə.Nəvayi haqqında məruzələrlə çıxış etmişdir. Ə.Nəvayi ilə bağlı elmi araşdırmalarına və tərcüməçilik fəaliyyətinə görə R.Əskər Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki adına, Nəvayi şəhərinin Fəxri vətəndaşı adına layiq görülmüş, 2021-ci ilin sonunda isə Beynəlxalq Türk Akademiyasının “Əlişir Nəvayi” qızıl medalı ilə təltif edilmişdir.

Prof. Dr. R.Əskər özbək ədəbiyyatı ilə bağlı bir sıra əsərləri də Azərbaycan dilinə tərcümə edərək çapdan buraxmışdır:

14.XX əsr özbək şeiri antologiyası. Bakı: MBM, 2009, 96 s.
15.Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı: MBM, 2011, 328 s.
16.Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı: BXQR, 2011, 432 + 32 s. rəngli miniatür.
17.Sultan Hüseyn Bayqara. Divan. Bakı: MBM, 2011, 248 s.
18.Xasiyyət Rüstəm. Məcnun söyüd. Bakı: Füyuzat, 2020, 130 s.

R.Əskər özbək ədəbiyyatı qarşısında müstəsna xidmətlərinə görə 2011-ci ildə Babur adına Beynəlxalq mükafata layiq görülmüşdür.

Əlavə edək ki, məlumatı bayraqdar.info-ya R.Əskər verib.

Mission News Theme by Compete Themes.