Press "Enter" to skip to content

Maarifləndirici bukletlər hazırlanıb

Son yeniləmə: 14 Fevral 2022 12:50

Bayraqdar.info – Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici bukletlər hazırlanıb. Həmin bukletlər qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Bu barədə bayraqdar.info-ya fevralın 14-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bukletlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar barədə ətraflı izahat yer alır. Bunlar “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergi ödəyicisinin hüquq və vəzifələri”, “Vergi öhdəliklərinin yerinə yetirilməsi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Sadələşdirilmiş vergi”, “Onlayn kassanın tətbiqi”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Dövlət büdcəsinə ödənilən əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin gəlir vergisi”, “Əlavə dəyər vergisi”, “Bələdiyyə vergiləri”, “Aksizlər” və “Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirin vergiyə cəlb edilməsi” adlı bukletlərdir.

“Həmçinin “Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi”, “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı (icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqqı, məcburi dövlət sosial sığorta haqqı və muzdlu işlə əlaqədar tutulan gəlir vergisi daxil olmaqla) adlı bukletlər də hazırlanıb”, – deyə məlumatda bildirilib..

Bukletlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

Mission News Theme by Compete Themes.