Press "Enter" to skip to content

İlham Əliyev və Mehriban Əliyeva Ağcabədi rayonunda bir çox açılışlarda

Prezident və birinci xanım Ağcabədidə

Son yeniləmə: 14 Fevral 2022 15:19

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, dövlət başçısı və birinci xanım xalqın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

“Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanışlıq

Daha sonra ölkə başçısı və birinci xanım “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

“Aqroparkın icraçı direktoru Elman Kərimov dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verib. Bildirib ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 ha dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1 min 368 ha-dır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 ha sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.

“Prezidentə məlumat verilib ki, aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir.

Prezident və birinci xanım Ağcabədidə

“Qeyd olundu ki, “Ağcabədi taxıl Aqropark”ın təchizatı üçün 3 km uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 km uzunluğunda qaz xətti çəkilib.

“Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

“Diqqətə çatdırıldı ki, ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən 20 min 721 ton məhsul – 2 min 240 ton buğda, 1 min 932 ton arpa, 7 min 685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1 min 705 ton qarışıq senaj və 6 min 642 ton digər məhsullar götürülüb. Cari ildə aqroparkda 466 ha sahədə pambıq, 100 ha popkorn, 1 min 177 ha qarğıdalı, 146,5 ha-da buğda, 1 min 50,45 ha-da arpa, 10 ha-da isə yonca əkilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd edilir.

Prezident “Ağcabədi” yarımstansiyasının açılışında

Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Ölkə rəhbərinə bildirilib ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.

Prezident və birinci xanım Ağcabədidə

“İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli “Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə, avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel kanalları tikilib.

“Dövlət başçısı yarımstansiyanı işə salıb.

“Qeyd olunub ki, yenidən qurulan yarımstansiya “Ağcabədi” şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.

Hərbi şəhərciyin açılışı

Fevralın 13-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.

Prezident və birinci xanım Ağcabədidə

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirdi ki, ərazisi 6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019-cu ilin sentyabrında başlanılıb. Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb.

Qeyd olunub ki, hərbi şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib.

Prezident və birinci xanım Ağcabədidə

Binalar zəruri mebel və inventarla təmin edilib, ehtiyat elektrik təchizatı mənbəyi olaraq generator və stabilizator qurğuları quraşdırılıb. Şəhərciyin daxilində və ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Prezident, Ali Baş Komandan hərbi şəhərcikdə qərargah, əsgər yataqxanaları, tibb məntəqəsi və yeməkxana ilə tanış olub. Diqqətə çatdırılıb ki, şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və hərbi texnikaya baxıb.

Avşar-Salmanbəyli- Aşağı Avşar-Xocavənd yolu

Prezident və birinci xanım Mehriban Əliyeva fevralın 13-də həmçinin Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışını həyata keçiriblər.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

“Qeyd edildi ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.

Prezident və birinci xanım Ağcabədidə

“Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən qurulmasına başlanılıb. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin Avşar kəndinin 5,6, Salmanbəyli kəndinin 2,9, Aşağı Avşar kəndinin 4,5 və Xocavənd kəndinin 0,6 km uzunluğunda daxili yolları idi.

“Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb”, – deyə məlumatda qeyd edilir.d

Daha sonra Prezidentə və birinci xanım Mehriban Əliyevaya Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.

Prezident və birinci xanım Ağcabədidə

Ölkə başçısına bldirilib ki, Respublika əhəmiyyətli bu yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir. Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7 avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.

“Bu avtomobil yolu Respublikanın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.

“Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.