Son yeniləmə: 14 Fevral 2022 09:18
Bayraqdar.info – Fevralın 26-da Moskvada MMA Series liqasının 49-cu turniri təşkil olunacaq. Turnirdə MMA (WMMAF) üzrə ikiqat dünya və Avrasiya çempionu Səbuhi Quliyev növbəti döyüşünü keçirəcək.
Fevralın 14-də Azərbaycan MMA Federasiyasından bayraqdar.info-ya bildirilib ki, Azərbaycan idmançısının rəqibi yerli döyüşçü Aleksander Lunev olacaq. S.Quliyev bu döyüşdə “ASED Fighting Championsip”in (AFC ASED) komandasını təmsil edəcək.
“Bu döyüş MMA Series liqanın 65,8 kiloqram çəki dərəcəsindəki Qran-Prisinin ilk mərhələsi olacaq. MMA döyüşçüsü bundan əvvəl ACB, Alash Pride və NFC kimi tanınmış liqalarda mübarizə aparıb.
“Turnirdə S.Quliyev ilə yanaşı, digər həmyerlimiz Elvin Nəcəfov da gücünü sınayacaq. E.Nəcəfovun rəqibi Özbəkistan idmançısı İslam Kamoldinov olacaq”, – deyə xəbərdə bildirilir.