Press "Enter" to skip to content

Fevralın 15-də pensiyalar ölkə üzrə tam ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 14 Fevral 2022 11:36

Bayraqdar.info – Ölkə üzrə pensiyaların fevralın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə bayraqdar.info-ya fevralın 14-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək.

Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Mission News Theme by Compete Themes.