Son yeniləmə: 14 Fevral 2022 09:53
Bayraqdar.info – İranın əmniyət qüvvələri fevralın 12-də Təbriz şəhərində yaşayan azərbaycanlı milli fəal Ruzbeh Pirini tutub.
“Azad İran” Telegram kanalı xəbər verir ki, bu haqda fəalın qardaşı Yaşar Piri özünün Instagram səhifəsində məlumat paylaşıb.
Onun yazdığına görə, təhlükəsizlik qüvvələri R.Pirini heç bir məhkəmə qərarı olmadan atasının evinə daxil olaraq aparıblar.
Qeyd edək ki, R.Piri Azərbaycan türk millətinin hüquqları uğrunda milli-mədəni fəaliyyətlərinə görə 6 il müddətinə azadlıqdan məhkum edilib. Lakin daha sonra Apellyasiya Məhkəməsi fəal barəsində çıxarılan qərarı 3 il 8 aya endirib.
İrandakı fars-molla rejimi R.Pirini şərləyərək, onu “hakimiyyətə qarşı təbliğat fəaliyyəti” və “hökumətə müxalif qruplara üzv olmaq”da ittiham edir.