Press "Enter" to skip to content

Bu dəfə də İmişlidə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 14 Fevral 2022 16:23

Ödənişdən yayınan bəzi abonentlər xidməti vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarını fiziki təzyiqlərə məruz qoyurlar

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər ödənişdən yayınmağa cəhd edir. Təəssüf doğuran odur ki, ödənişdən yayınan həmin abonentlər xidməti vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.

Bu barədə bayraqdar.info-ya fevralın 14-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, abonentin kobud rəftarı və fiziki təzyiqlərinə bu dəfə “Azərsu” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin “İmişli Sukanal” Sahəsinin əməkdaşı məruz qalıb: “İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında Taleh Zeynalov adlı abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “İmişli Sukanal” Sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin abonent “İmişli Sukanal” Sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu ilə aqressiv davranaraq onu ağır şəkildə təhqir edib, fiziki təzyiq göstərib”.

Vurğulanıb ki, baş vermiş hadisə “İmişli Sukanal” Sahəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə müraciət olunub.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Abonentlərin diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.

Mission News Theme by Compete Themes.