Press "Enter" to skip to content

Azərbaycan sahibkarları “İstanbul Fashion Connection” sərgisində

Son yeniləmə: 14 Fevral 2022 12:16

Bayraqdar.info – Fevralın 9-11-də Türkiyənin İstanbul şəhərində “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisi keçirilib. Sərgidə Azərbaycanın mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim ediblər.

Bu barədə bayraqdar.info-ya fevralın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildiirlib ki, KOBİA-nın dəstəyi ilə istehsalçılar tərəfindən “Made in Azerbaijan” stendində müxtəlif geyimlər, uniformalar, çanta və aksesuarlar, parçalar, Azərbaycan kəlağayısı və digər məhsullar nümayiş olunub. Ümumilikdə Azərbaycanı sərgidə 21 mikro, kiçik və orta sahibkarlıq subyekti təmsil edib.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.

Mission News Theme by Compete Themes.