Son yeniləmə: 12 Fevral 2022 14:27
Bayraqdar.info – Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsini ziyarət ediblər.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər inzibati otaqlara baxış keçiriblər.
“Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.
“Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.