Press "Enter" to skip to content

İcbari sığorta ilə bağlı növbəti addım

Son yeniləmə: 12 Fevral 2022 15:30

Bayraqdar.info – Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən tərəfindən işçilərinin icbari sığorta olunmaları üçün müqavilələr bağlaması təmin edilib.

Bu barədə bayraqdar.info-ya fevralın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarəti davam etdirir.

İcbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən olunaraq onlara bu müqavilələri bağlamaları üçün “Əmək müqaviləsi bildirişi” altsistemində xəbərdarlıq məlumatları yerləşdirilib. Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Mission News Theme by Compete Themes.